AYB üzvü Eduard Bağırova rəsmi ittiham irəli sürüldü

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
Bir müddət öncə Moldovada saxlanılmış Azərbaycanmənşəli Rusiyalı yazıçı və bloqqer Eduard Bağırova qarşı rəsmi ittiham irəli sürülüb. Bağırov Kişinyovda 2009-cu ilin aprel ayında kütləvi iğtişaşların təşkilində ittiham olunur. Onun 4 ildən 8 il müddətinə kimi azadlıqdan məhrum ediləcəyi gözlənilir. İddialara görə, Bağırov sosial şəbəkələr vasitəsilə Moldova hakimiyyətini devirmək çağırışları edib. Bağırovun vəkili onun saxlanılmasının kobud qanun pozuntusu olduğunu bəyan edərək onun dərhal sərbəst buraxılmasını tələb edib. Eduard Bağırov isə bildirib ki, yerli müxalifətçilərə qarşı ifadə verməsi üçün ona təzyiq edilir. Bir qədər öncə Rusiya Xarici İşlər Nazirliyi Bağırovun vəziyyəti və hüquqlarının pozulması ilə bağlı narahatlığını bildirərək onun dərhal azad edilməsini tələb edib. Xatırladaq ki, Eduard Bağırov Ümumrusiya Azərbaycanlıları Konqresinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bağırov bir sıra tanınmış əsərlərin müəllifidir. Onlar arasında ən məşhuru Moskvaya pul qazanmağa gəlmiş bir gəncdən bəhs edən “Qasterbayter“ romanıdır.
Nigar İxtiyarqızı
Oxunma sayı 300