"Zirə" klubunun prezidenti istefa verib 

17:47 09.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Natiq İsmayılov "Zirə" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsindən istefa verib.

Hafta.az-ın məlumatına görə, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.

"Zirə" N.İsmayılova göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib və gələcək işlərində uğurlar arzulayıb.

 

Qeyd edək ki, N.İsmayılov klubda 2015-ci ildən çalışırdı.