1 ay ərzində 190 min insan imtahanlarda iştirak etməlidir

12:45 01.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gələn həftədən hər həftə sonunda 44-45 min nəfər imtahan verəcək.

Hafta.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 1 ay ərzində 190 min insan imtahanlarda iştirak etməlidir.
Onların 94 min nəfəri 11-ci sinif məzunudur və buraxılış imtahanı verirlər. Eyni zamanda, 96 min nəfər 9-cu sinif məzunu imtahan verməlidirlər:

"İmtahanlara hazırlıq çox mürəkkəb olub. 1500-dən çox məktəb binasına baxış keçirilib. Binaların sanitar-gigiyenik tələblərə hazırlığı çox vacib məsələdir".

Hələlik ali məktəblərə və 11 illik bazadan kolleclərə qəbul imtahanları elan edilməyib. Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, ali məktəblərə və 11 illik bazadan kolleclərə sənəd qəbulu iyunun 5-dək aparılacaq.

İndiyədək 75692 nəfər ali məktəbə sənəd verib. Onların təxminən 12800 nəfəri əvvəlki illərin məzunudurlar.

Subbakalavrların ali məktəbələrə imtahansız qəbulu üçün müraciət bu gündən başlanacaq. Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, subbakalavrlar elektron formada müraciət etdikdən sonra DİM tərəfindən sorğu vasitəsilə onlar barədə məlumat əldə ediləcək:

"Subbakalavrlar adi abituriyent kimi də ərizə verə bilərlər. Bu zaman onlar müsabiqədə iştirak üçün minimal bal toplamalıdırlar".

 

Oxunma sayı 1386
Sosial rubrikasından digər xəbərlər