Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.