Sabunçuda qeyri-çimərlik ərazidə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

23:35 21.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Mövlanov Fuad Azad oğlunun axtarışları başa çatıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, F.Mövlanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, 1 nəfərin batması barədə məlumat daxil olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.