1000 ədəd "Belomorkanal" keçirmək istəyən çəxs saxlanıldı

14:41 22.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Samur" gömrük postundan xeyli miqdarda papiros keçirməyə cəhd edilib.

Bu barədə hafta.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Bildirilir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə rentgen aparatı ilə keçirilən gömrük baxışı zaman şübhəli cizgilər müşahidə olunub.

Yoxlama nəticəsində əl çantasında olan ərzaq məhsullarının arasında gömrük nəzarətinə bəyan olunmayan 1000 ədəd "Belomorkanal" markalı papiros aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.