15 yaşlı azərbaycanlı rəqibini 12 saniyəyə uddu– Günün təzadları

18:29 04.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Danimarkada yaşayan Rəvan Atayev Sambo-cüdo idman növü üzrə Danimarka birinciliyində 3-cü yeri tutdu. Hafta.az yazır ki, bu barədə Milli.Az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. "Rəvan Atayev Danimarkanın Yuland adasında keçirilən ölkə çempionda bürünc medal qazanıb. 15 yaşlı Rəvan Atayev 19 yaşlı rəqibi üzərində parlaq qələbə qazanaraq 3-cü yeri götürüb. İdmançı 12 saniyəyə rəqibini məğlub edib. Rəvan Atayevin qələbəsi bütün azərbaycanlıları sevindirib".

 

Meksikalı cütlük “Ərtoğrul”a baxıb müsəlman oldu

Amerikada bir meksikalı cütlük məşhur Türkiyə televiziya serialını izlədikdən sonra İslamı qəbul etmək qərarına gəldi. Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki,  ər və arvad tarixi sərgüzəşt serialına vurulub. Və bundan sonra filmdə gördükləri ilə maraqlanaraq müsəlman mədəniyyətini öyrənməyə başlayıblar. Meksikalılar İslamdan o qədər təsirləniblər ki, özləri də müsəlman olmağa qərar veriblər. Serialda Əbdürrəhman Alp rolunu canlandıran sevimli aktyorları Cəlal Əlinin iştirakı ilə onlar üçün əhəmiyyətli bir hadisə baş verib. Ər-arvad Los-Ancelesdəki bir mərasimdə türk sənətçisi ilə birlikdə şəhadət gətirərək İslamı qəbul ediblər. "Türk serialı “Diriliş Ertuğrul” və Türkiyənin dünyadakı humanitar fəaliyyətləri bizi heyrətləndirdi və nəticədə müsəlman olmağa qərar verdik" - deyə yenicə müsəlman olmuş meksikalı ər-arvad söyləyib. Kəlmeyi-şəhadəti oxuduqdan sonra onlara ingilis və ispan dillərində Quran təfsirləri verilib.

 

Yasamalda tələbə toyuq doğrayarkən özünü bıçaqladı

Çərşənbə gününə keçən gecə Bakının Yasamal rayonunda əcnəbi tələbə bıçaq xəsarəti aldı. Hafta.az-ın  yazdığına görə, BAKU.WS xəbər verir ki, hadisə V.Əliyev küçəsi ev 263-də yerləşən mənzildə baş verib. Belə ki, Qərb Universitetinin I kurs tələbəsi, 1992-ci il təvəllüdlü Kathnaracahi Aruna yaşadığı ünvanda qarın nahiyəsindən bıçaqlanıb. Onu Kliniki Tibbi Mərkəzə yerləşdiriblər. İlkin ehtimala görə, o toyuq doğrayarkən özünü bıçaqlayıb. Lakin xəstənin vəziyyəti ağır olduğu üçün onu dindirmək mümkün olmayıb. Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

 

BMT İsraildən Holan yüksəkliklərindən çıxmağı tələb etdi

ABŞ prezidenti Trampın bu məsələdə rəsmi Təl-Əvivə dəstək verməsinə rəğmən BMT Baş Assambleyası İsraildən işğal edilmiş Holan yüksəkliklərini tərk etməyi tələb edən qətnamə qəbul etdi. Hafta.az yazır ki, "Report"un məlumatına görə, bu barədə RİA "Novosti" xəbər verib. Qətnamənin lehinə 91 dövlət səs verib. Qeyd edilir ki, 9 dövlət sənədə qarşı çıxıb. Daha 65 ölkə səsvermədə bitərəf qalıb. Qətnamənin mətnində BMT Baş Assambleyasının yenidən Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Suriyanın Holan yüksəkiklərindən 4 iyun 1967-ci ildə mövcud olmuş xəttə əsasən bütün işğal edilmiş ərazilərdən geri çəkilməsi tələb edilir. Baş Assambleyanın sənədində bildirib ki, İsrailin 14 dekabr 1981-ci ildən işğal etdiyi Holan yüksəkliklərində öz qanunlarını, yurisdiksiyanı və idarəetməni təyin etməsi ilə bağlı qərarı etibarsızdır və heç bir hüquq qüvvəyə malik deyil.

 

Saatlıda minik avtomobili qatarla toqquşdu və....

Saatlının Hacıqasımlı kəndində qatar minik avtomobili ilə toqquşdu. Hafta.az yazır ki, APA-nın yerli bürosunun verdiyi xəbərə görə, əvvəlcə hadisə nəticəsində 1 nəfərin öldüyü, 1 nəfərin xəsarət aldığı bildirilib.  Sonradan yaralanan şəxsin də öldüyü məlum olub. Bununla da ölənlərin sayı iki nəfərə çatıb. Faktla bağlı araşdırma aparılır.

 

Polis 6 həmkarını öldürdü

Hindistanın orta bölgəsindəki Çattisqarh ştatının Narayanpur dairəsində Hindistan – Tibet Sərhəd Polis Gücü (İTBP) düşərgəsində polis nəfərinin qəflətən həmkarlarına xidməti silahından atəş açması nəticəsində 6 nəfər öldüb, 2 nəfər də yaralandı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, polis baş müfəttişinin bildirdiyinə görə, ştat mərkəzi Raipur şəhərinin 350 kilometrliyində baş verən hadisə zamanı 5 həmkarını öldürən konstebl Məsudul Rəhman daha sonra özünü güllələyib. Hadisənin səbəbləri araşdırılır. İlkin ehtimala görə, atəş açan polis ona məzuniyyət verilmədiyi üçün əsəbiləşibmiş. Yaralananlar Raipurdakı xəstəxanaya yerləşdiriliblər.

Oxunma sayı