17 gün əvvəl edilən oğurluğun üstü açılıb

19:52 24.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlaxda evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 7-də rayon ərazisindəki evlərin birindən 1050 manat və 600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Balakən rayon sakini H.Məhərrəmov və İmişli rayon sakini Ə.Mirzəyev saxlanılıblar.