17 yaşlı məşhur bloqqer evində ölü tapılıb

23:27 08.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məşhur amerikalı bloqqer İtan Piters evində ölü tapılıb.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, İtan İs Supreme ləqəbi ilə məşhurlaşan 17 yaşlı gənc narkotik maddə aludəçisi imiş. Onun ölümünə də səbəb elə narkotik olub.

Bu haqda onun yaxın dostu Av Luiz məlumat yayıb. O bildirib ki, İtan dəfələrlə müalicə almağa çalışsa da, o, narkotikdən əl çəkə bilməyib: "Ən yaxın dostum, əkizim, hamı məni atanda yanımda olan tək insan, səni çox sevirəm. Deməyə söz tapa bilmirəm".

İtan sosial şəbəkələrdə qeyri-adi makiyajlar edib, fərqli tərzdə geyimlər geyinməsi ilə məşhurlaşmışdı. Onun eyni zamanda gözəlliklə bağlı brendi də var idi.

Oxunma sayı 9360