20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik mübarizəsinin rəmzidir - Mübariz Qurbanlı

17:38 20.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biz 20 Yanvarı Azərbaycan xalqının qəhrəmanlıq günü kimi qeyd edirik. 20 Yanvar Azərbaycan xalqının suverenliyi, müstəqilliyi və azadlığı uğrunda apardığı mübarizənin rəmzidir.

Hafta.az xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı bildirib ki, bu müqəddəs məkanda uyuyan şəhidlər Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda ediblər.

”20 Yanvar Azərbaycan tarixində dönüş nöqtəsidir. Xüsusilə, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölkəmizdə başlayan ümumxalq hərəkatı 20 Yanvardan sonra milli azadlıq hərəkatı mərhələsinə daxil olub. Faciədən dərhal sonra ulu öndər Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək kəskin bəyanatla çıxış etməsi xalqımızın mübarizə ruhunu daha da gücləndirdi. 20 Yanvar faciəsindən sonra bütün dünya Azərbaycanı müstəqillik uğrunda sovet ittifaqına qarşı mübarizədə ön sıralarda olan xalq kimi tanıdı. Biz həmişə olduğu kimi şəhidlərimizlə fəxr edir, Allahdan onlara rəhmət diləyirik”.

Oxunma sayı 36
Siyasət rubrikasından digər xəbərlər