20 yaşdan aşağı şəxslər koronavirusun, daha doğrusu ölümün daşıyıcılarıdır - Adil Allahverdiyev

14:27 02.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

20 yaşdan aşağı olan şəxslər COVİD -19 xəstəliyinin, daha doğrusu ölümün daşıyıcılarıdır. 20 yaşdan aşağı insanlara müraciət edirək deyirəm ki, ailəsinizə sevginiz varsa, ona atəşin düşməsini istəmirsinizsə, mütləq COVİD-19-u ciddi qəbul etməlisiniz.

Hafta.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.
Onun sözlərinə görə, xəstəlik sayı nə qədər artırsa, ölüm sayı da o qədər artır.

A.Allahverdiyev əlavə edib ki, hələlik COVİD-ə qarşı spesifik dərman və vaksin yoxdur: “Əgər vaksin dövriyyəyə daxil olarsa, onun nə qədər effektli olacağı da bəlli deyil. İndi vaksinin effekti ilə bağlı müxtəlif faizlər deyilir. Amma bu, könüllülərin qanındakı antitellərin miqdarını göstərir. Bu antitellər qanda nə qədər qalacaq- 1 ay, 2 ay- bu, hələ bilinmir”.

A.Allahverdiyev qeyd edib ki, xəstəliyə qarşı mübarizə kompleks tədbirlər tələb edir: “Profilaktik təbabət ən vacibdir, profilaktik təbabət xəstələnmənin qarşısını alır. Ona görə də buna riayət edilməlidir. COVİD elə bir xəstəlikdir ki, ona qarşı müabrizə təkcə həkimlərin üzərinə düşmür. Bu istiqamətdə KİV-lər də geniş təbliğatlandırma işləri aparmalıdır”.

Oxunma sayı 858
Sosial rubrikasından digər xəbərlər