2019-2020-ci illərdə təşkilata Azərbaycan sədrlik edəcək -  Ramiz Həsənov

12:38 22.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Qoşulmama Hərəkatının 2011-ci ildən qoşulub. BMT-nin Baş Assambleyasından sonra ən böyük təşkilatdır. Ölkəmiz Qoşulma Hərəkatına üzv olduğu qısa müddət ərzində böyük uğur qazanıb. 2019-2020-ci illərdə təşkilata Azərbaycan sədrlik edəcək".

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bunu xarici işlər nazirinin müavini Ramiz Həsənov deyib. Nazir müavini bildirib ki, hərəkatın Bakı zirvə görüşündə 158 dövlətdən nümayəndə qatılıb: "Dövlət və hökumət başçıları, xarici işlər nazirləri öz iştirakını təsdiqləyiblər. 25-26 oktyabrdakı 18-ci Zirvə görüşündə dörd sənədin qəbulu gözlənilir. Bunlara Zirvə görüşünün yekun sənədi, Bakı bəyannaməsi, Ev sahibi dövlətə təşəkkür bəyannaməsi, Nazirlərin bəyannaməsi olacaq. İlk üç sənədə Dağlıq Qarabağ münaqişəsi də əlavə edilib".

Siyasət rubrikasından digər xəbərlər