2019-cu ilin “Milli Kino Mükafatı” sahiblərinin adı açıqlandı

14:24 26.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin “Milli Kino Mükafatı” sahiblərinin adını açıqlayıb.

İttifaqın Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev hafta.az-a bildirib ki, qurumun ən böyük mükafatı Azərbaycan və sovet kinematoqrafiyasına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Ramiz Fətəliyevə verilib.

Həmçinin, 75 illik yubileyi və Milli kinoya verdiyi tövhələrə görə Xalq artisti, aktyor, rejissor Mahmudov Əbduləhəd Əlisa oğlu (Şeyx Əbdül) bu mükafata layiq görülüb.

 

Mükafatlar 2 Avqust Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.