27 yaşlı kişi bıçaqlanıb

20:49 09.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Zeynalov Salman Qabil oğlu döş qəfəsi nahiyəsinin sol tərəfinin daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub, hazırda onun vəziyyəti kafi olduğu bildirilir.

Məlumata görə, 27 yaşlı Salman Zeynalov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.