28 koronavirus xəstəsi saxlanıldı - 19 nəfərə cinayət işi açıldı

11:47 01.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili işlər orqanları əməkdaşları respublika üzrə yaşayış yerini tərk edən aktiv koronavirus xəstələri ilə bağlı araşdırmaları davam etdirir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, noyabrın 30-da keçirilən tədbirlər nəticəsində yaşayış yerini tərk edən 28 nəfərin yeri müəyyən edilərək saxlanılıb.

 

Saxlanılıan şəxslərdən 26-sı evə qaytarılıb, 2 aktiv xəstə isə xəstəxanaya yerləşdirilib. Həmin xəstələrən 19 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanılıb.

Oxunma sayı 196