3-cü mikrorayonda yanğınla əlaqədar elektrik enerjisinin verilişi dayandırılıb

18:43 14.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Nəsimi rayonu ərazisindəki 3-cü mikrorayon bazarında baş verən yanğınla bağlı əraziyə elektrik enerjisinin verilişi dayandırılıb.

Hafta.az xəbər verir ki, "Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev elektrik enerjisinin Fövqəladə Hallar Nazirliyinin tələbi ilə dayandırıldığını bildirib: "3-cü mikrorayon bazarında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin tələbi ilə bazarın elektrik enerji verilişi xəttinin açmışıq".