30 yaşınız mübarək - TƏBRİK

19:23 08.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın mətbuat tarixində özünəməxsus yer tutan "Yeni Müsavat" qəzetinin 30 yaşı tamam olur. Bu illər ərzində "Yeni Müsavat" qəzeti bir çox çətinliklərin öhdəsindən uğurla gəlməyi, qarşısına çıxan maneələri dəf edərək ayaqları üstündə sağlam şəkildə dayanmağı bacarıb. Oxucunun ürəyinə yol tapıb.

Fəaliyyət göstərdiyi zaman kəsiyində dövlətimizin ən ağır günlərinə, sevincli anlarına şahidlik edən "Yeni Müsavat" bu hissləri səhifələrinə daşıyaraq bizlərlə bölüşüb. Müstəqil dövlətçilik tariximizdən də əvvəl ölkəmizdə azad medianın formalaşdırılmasında müstəsna xidmətlər göstərib. Qəzetin peşəkar kollektivi formalaşıb. 

30 yaş münasibəti ilə "Yeni Müsavat" qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlunu, həmçinin qəzetin kollektivini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Sevinc Seyidova,

 "Həftə içi" qəzetinin təsisçisi və baş redaktoru