37 yaşlı kişi mənzildə ölü tapılıb

16:38 25.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nizami rayonunda mənzildə meyit tapılıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1983-cü il təvəllüdlü Tomayev Renat Kolbekoviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxunma sayı 206