4 otaqlı evdə yanğın olub

21:00 26.05.2019
Yazını böyüt
Yazını kiçilt

Abşeronda evin mətbəxində yanğın hadisəsi baş verib.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, rayonda ümumi sahəsi 100 m² olan ikimərtəbəli 4 otaqlı evin mətbəxində 5 m² sahədə mebel və 1 ədəd məişət texnikası yanıb. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı