44 gündə 16 min mərminin atıldığı şəhər

14:17 28.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

44 gün davam edən müharibə zamanı Tərtərə 16 mindən çox mərmi atılıb.

Hafta.az-ın məlumatına görə, bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu gün diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Tərtərə səfəri zamanı deyib.

Onun sözlərinə görə, şəhər ermənilər tərəfindən əsasən artilleriya atəşinə tutulub. Şəhərin mərkəzi də daxil olmaqla, 44 yaşayış məntəqəsi atəşə məruz qalıb.

İcra başçısı əlavə edib ki, 21 ədəd qadağan olunmuş “Smerç” raketi atılıb, 4000 obyektə, 2000 fərdi yaşayış evinə, çoxlu sayda məktəb binasına ziyan dəyib

Oxunma sayı 1198
Gündəm rubrikasından digər xəbərlər