5 otaqlı evdə yanğın olub

17:10 25.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlıda ev yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Məmmədabad kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.