50000 insanın sümüyündən dizayn edilmiş qorxunc kilsə: Sümüklü Sedleç

14:51 02.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən qorxunc ibadətgah muzeylərindən olan Sümüklü Sedleç kilsəsi buraya təşrif buyuran turistlər tərəfindən “qorxulu məbəd” adlandırılır.

Çexiyanın paytaxtı Praqada yerləşən muzeyin içərisi ölmüş insanların sümükləri ilə dizayn edilib.

Hafta.az milliyet.com.tr-yə istinadla bildirir ki, kilsənin içərisində 50 min insanın onurğa, kəllə, aşağı və yuxarı ətraf sümüklərindən istifadə olunub.

Praqanın 75 kilometrliyində yerləşən bu katolik kilsəsinin  12-13-cü əsrlərdə inşa edildiyi bildirilir.

Hətta kilsənin əsas xaçı, şamdanlar, divardakı naxışlar da insan sümüyündən hazırlanıb. Buradakı sümüklərin “xaç uğrunda” döyüşlərdə öldürülən katolik xristianlara aid olduğu vurğulanır.