53 min manatlıq oğurluq edən şəxslər saxlanılıb

15:48 18.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeronda evdən 53 min manatlıq oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də rayon ərazisindəki evlərin birindən 53.500 manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – B.Aslanov və Q.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.