8 ədəd mobil telefon aşkarlanıb - FOTO

13:06 24.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Gürcüstandan gələn, Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "VAZ-21114" markalı avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinin sürücüsü şifahi sorğu-sual olunub.
 
Hafta.az DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altında gömrük nəzarətindən gizlədilən 8 ədəd "Samsung Galaxy S9+" markalı mobil telefon aşkarlanıb.
 
Faktla bağlı araşdırma aparılır.