8 yaşlı uşaq kanalda boğulub

23:16 07.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişlidə uşaq kanala yıxılaraq boğulub. Hadisə bu gün saat 16:00 radələrində rayonun Cəfərli kəndində baş verib.

2011-ci il təvəllüdlü Əli Tağıyev kollektorun üzərindəki taxta körpüdən keçərkən yıxılaraq suya düşüb və boğulub. Uşağın cəsədi kənd sakinləri tərəfindən sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.