81 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb

21:04 07.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş namizədlər peşə yararlılığının yoxlanılması məqsədilə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak ediblər.

Vəkillər Kollegiyasından hafta.az-a bildiriblər ki, imtahanın nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasından peşə yararlılığına dair rəy almış 81 namizəd icbari təlimə buraxılıb. İcbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaq. Namizədlər, həmçinin müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.

Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının şifahi mərhələsindən müvəffəqiyyət qazanmış namizədlər noyabrın 14-də saat 09:00-dan gec olmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında (Ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158) olmalıdırlar. Əlavə məlumatı 012 594-14-95 nömrəsindən almaq mümkündür.