İçməli su küçəyə axır - FOTO

18:40 29.06.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Məlum səbəblərə görə paytaxtın bir çox qəsəbələrində içməli su olmadığı halda, Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən 12 saylı  yaşayış binasının sakinləri adından Fətulla Fərəcullayev “Həftə içi”nə müraciət edərək bildirir ki, sözügedən binanın qabaq həyətində bir müddətdir ki, içməli su küçəyə axır.  Su fasiləsiz axdığından ərazidə natəmizlik yaranıb.

Sakinlərin dediklərinə görə, binanın qarşısında su anbarı yerləşir. Anbardan  plastik kapilyar borularla mənzillərə su xətti çəkilib. Anbarın dəmir qapısına qıfıl vurulduğundan, içəri çətin görünür. Anbarın içi zibillə dolu olduğundan,  natəmizlik içindəydi.  Mənzillərə gedən su xətti deşilib, içməli su asfalt yolla kanalizasiya xəttinə axır.  Sakinlər dedilər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, gəlib su xəttini dəyişmirlər: “Bütün gün fasiləsiz olaraq içməli su küçəyə axır.  Koronavirus pandemiyasının tüğyan elədiyi bir zamanda binamızın həyəti antisanitar mənbəyinə çevrilib”.

 Sakinlər onu da söylədilər ki, bir-iki ay bundan əvvəl gəlib yaşadıqları binanın girəcəklərində  dezinfeksiya işləri apardılar. İndi isə bu işləri görən yoxdur.

Oxunma sayı 1792
Sosial rubrikasından digər xəbərlər