İcra başçısı “PKK”-çıya kömək edərkən yaxalandı- Günün təzadları

18:28 12.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə rayon icra başçılarından biri “PKK” terrorçusuna kömək edərkən ələ keçdi. Hafta.az-ın yazdığına görə, BAKU.WS xəbər verir ki, hadisə Ağrı vilayətinin Doğubayazıt rayonunda baş verib. Belə ki, HDP-dən olan rayon icra başçısı Abdullah Ekelek İran sərhədindən Türkiyəyə daxil olan Əziz Oruc adlı terrorçunu təhlükəsiz əraziyə aprmaq istəyərkən polislər tərəfindən yaxalanıb. Terrorçu və icra başçısı ifadələri alınmaq üzrə Tüklükəszilik İdarəsinə aprılıb.

 

Adını açıqlamayan sahibkar 13 ailənin müalicə vəsaitini təmin etdi

Uca Yaradanın zəngin müsəlmanların  boynuna qoyduğu məcburi sədəqə olan zəkat Dağıstanda 10-dan çox imkansız ailəyə tibbi yardım göstərilməsinə şərait yaratdı.  Hafta.az  bu haqda Moderator.az-a  istinadla xəbər verir.  “İnsan” xeyriyyə fondunda bildirilib ki,  bəhs edilən məbləğdə zəkatı fonddan ehtiyacı olan ailələrin siyahısının təqdim edilməsini xahiş edən yerli iş adamı ödəyib. Xeyriyyəçi adının açıqlanmasını istəməyib...

“Bu yaxınlarda bir yerli sahibkar bizə müraciət etdi. Adının anonim qalmasını istədi. Lakin o, qısa müddət ərzində himayəmizdə olanların bir çox probleminin həllinə imkan yaratdı. Həmin iş adamının ödədiyi zəkat "Sağlam olun" proqramı çərçivəsində 13 ehtiyaclı ailə üçün müayinə, müalicə, reabilitasiya, və dərman almaq xərclərini ödəməyə kömək etdi”- fondun açıqlamasında belə deyilir. 

Xeyriyyə təşkilatı Allahsevər bir sahibkarın bu davranışının başqaları üçün də nümunə olacağına  əminliyini ifadə edib. Qeyd edək ki, zəkat İslamın 5 sütunundan biridir. Bu, imkansız və yoxsulların var-dövləti müəyyən səviyyəyə çatmış varlı və zəngin insanların mallarından öz paylarını almaq hüququdur. Zəkat ödənişi sədəqədən fərqli olaraq Allah qarşsında bir borc, vəzifədir... 

 

Prezident 12 nəfəri dövlət mükafatlarından məhrum etdi

Rumıniya prezidenti Klaus Yohannis 12 nəfərin dövlət mükafatlarından məhrum edilməsi ilə bağlı fərmanlar imzaladı. Hafta.az-ın məlumatına görə, “Report” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı administrasiyasından bildirilib.

"Rumıniya prezidenti Klaus Yohannis dövlət mükafatlarının geri alınması barədə fərmanlar imzalayıb", - deyə Prezident Administrasiyasının saytında yayılmış xəbərdə bildirilir.

Ölkənin sabiq-baş naziri, korrupsiyaya görə həbs olunmuş Adrian Nestase "Rumıniya Ulduzu" ordenindən məhrum edilib. Ölkənin Ali Məhkəməsinin sabiq üzvü Georq Bukur, keçmiş senator Miron Mitrya, Dövlət Sərmayəsi və Özəlləşdirmə İdarəsinin rəhbəri olmuş Mihay Muça da həmçinin "Rumıniya Ulduzu" ordenindən məhrum ediliblər.

Ölkənin "Sadiq xidmət" ordeni də beş nəfərdən geri alınıb. Dövlət mükafatlarından məhrum olunanlar arasında "Xidmətə görə" ordeni əlindən alınan keçmiş deputat Mirça Muntyan, İrina Jianu və digərləri də var.

Daha əvvəl Yohannis jurnalistlərə bildirib ki, cinayətlərə görə ittiham edilmiş bütün şəxslərdən dövlət mükafatlarını geri almağa qərar verib.

 

Mingəçevir İcra Hakimiyyətinin maşını qəza törətdi

Mingəçevirdə İcra Hakimiyyətinə məxsus avtomobil qəzaya düşdü. Hafta.az  Musavat.com-a istinadla xəbər verir ki,  hadisə N.Nərimanov küçəsində baş verib. “Mersedes” markalı avtomobil “"Qaz -31 10” markalı maşınla toqquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

 

Məlumata görə, “Qaz” markalı avtomobil Mingəçevir İcra Hakimiyyətinə məxsusdur. Faktla bağlı araşdırma aparılır.

 

“Azəriqaz”  Təhsil Şöbəsini məhkəməyə verdi 

“Azəriqaz” İstehsalat Birliyi Təhsil Nazirliyinin Qax rayon Təhsil Şöbəsini məhkəməyə verdi.

Hafta.az yazır ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, Şəki İnzibati İqtisadi Məhkəməsinə müraciət edən “Azəriqaz”ın iddia ərizəsində qeyd edilib ki, Qax Rayon Təhsil Şöbəsinin təbii qazdan istifadəyə görə 3057,60 manat borcu yaranıb. “Azəriqaz” məhkəmədən həmin məbləğin Qax TŞ tərəfindən ödənilməsi haqda qərar çıxarılmasını istəyib.

Qax rayon Təhsil Şöbəsi isə etiraz edərək bildirib ki, Təhsil Şöbəsinə Maliyyə Nazirliyi tərəfindən 2019-cu ilin smetasına qaz haqqının ödənilməsi üçün 300 manat vəsait ayrılsa da, bu vəsait faktiki tələbatı ödəmək üçün kifayət etmir. Yaranmış vəziyyətlə əlaqədar Qax rayon Təhsil Şöbəsi tərəfindən Qax Rayon Maliyyə İdarəsinə tələb olunan vəsaitlə bağlı təkliflər verilib. Bundan başqa, bir sıra hallar nəzərə alınmaqla problemin həllinə köməklik göstərilməsi üçün Təhsil Nazirliyinin 5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə məktubla müraciət olunub.

 Lakin məhkəmə “Azəriqaz”ın xeyrinə qərar çıxarıb və Qax rayon Təhsil Şöbəsinin məhkəmə xərcləri ilə birgə 3088 manat ödəməli olduğuna qərar verilib.

 

Azərbaycanlı sürücü ukraynalını sürüdü

Azərbaycanlı Ukrayna vətəndaşını avtomobili ilə sürüdü. Hafta.az Musvat.com-a istinadla yazır ki, “TCH” kanalının verdiyi xəbərə görə, Vinnitsa şəhərində “Land Rover”i idarə edən 29 yaşlı azərbaycanlı “Lanos” markalı avtomobili vuraraq qaçmaq istəyib. Bu vaxt başqa bir sürücü əlini avtomobilin pəncərəsindən içəri salaraq ona mane olmaq istəyib. Həmin şəxsin dediyinə görə, azərbaycanlı bu zaman şüşəni qaldıraraq qaza basıb. Adamın əli pəncərədən asılı halda bir kilometr yol gedəndən sonra qəfil əyləcə basaraq avtomobili saxlayıb.

Özünü hadisə yerinə yetirən polis “girovu” xilas edib. Hadisəni törədən azərbaycanlı isə saxlanılıb.

 

Oxunma sayı 188