İki məşhur ulduz eyni səhnədə

14:33 28.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Şakira 2020-ci ilin fevral ayında keçiriləcək "Super Bowl LIV"də səhnəyə çıxacaq.

Hafta.az xəbər verir ki, ifaçılar bu barədə sosial şəbəkədə məlumat veriblər. Dünyanın ən çox izlənən idman tədbirlərindən olan "Super Bowl"da daha əvvəl Ariana Grande, Rihannanın səhnə alacağı bildirilsə də, son andakı qərar dəyişikliyi böyük səs-küyə səbəb olub. Sənətçilərin tədbirdə göstərəcəkləri performans indidən maraq mövzusudur.