İkimərtəbəli ev yanıb

11:46 08.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli 3 otaqlı evin birinci mərtəbəsində yerləşən sahəsi 70 m² olan sauna otağının yanar konstruksiyaları 7 m² sahədə yanıb, yüksək temperaturdan lambirdən ibarət tavanı 70 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​