İlham Əliyev Yaponiyanın Baş Nazirinə başsağlığı verib

12:31 15.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş Naziri Şinzo Abeyə başsağlığı məktubu ünvanlayıb.

Başsağlığında deyilir:

"Hörmətli cənab Baş Nazir,

Ölkənizdə baş vermiş “Hagibis” tufanı nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Siyasət rubrikasından digər xəbərlər