İlin transferi reallaşır - Neymar "Barselona"da?

11:44 21.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

PSJ-nin hücumçusu Neymarın "Barselona"ya qayıdacağı haqda daha bir xəbər yayılıb.

Hafta.az qol.az-a istinadən xəbər verir ki,Kataloniyanın RAC1 radiosu klublar arasında danışıqların yekunlaşmaq üzrə olduğunu xəbər verib.

Hətta "Barselona"nın arxasında Neymarın adı yazılan formaları sifariş etdiyi də bildirilir. Transfer elanından sonra Neymarın "Barselona" azarkeşləri üçün müraciət videosu yayımlanacaq.

Xatırladaq ki, Neymar 2017-ci ildə məhz Kataloniya klubundan PSJ-yə 222 milyon avroya keçmişdi.