İmişli sakini Goranboyda naməlum şəraitdə ölüb

21:20 26.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevirin Qaramusalı kəndində ölüm hadisəsi baş verib. 

Hafta.az-ın APA-ya istinadən məlumatına görə, tanışının evinə qonaq gələn 1981-ci il təvəllüdlü İmişli rayon sakini Zeynalov Rəşid Əliyar oğlu orada müəmmalı şəraitdə ölüb. 

İlkin məlumata görə, R.Zeynalov başının arxa hissəsindən aldığı ağır xəsarət nəticəsində dünyasını dəyişib. 

 

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 193