İmtahan vermək istəyən abituriyentlərə hansı güzəştlər edilə bilər? - Ekspertlər cavablandırır...

18:13 01.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftə sonu ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır.

Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edəcək.

İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək, girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar.

İmtahanlar 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək. İmtahana buraxılış vərəqəsi gün ərzində DİM-in saytında yerləşdiriləcək.

Məlum koronavirus pandemiyası təhsil prosesinə də təsir göstərdi deyə bilərik. Təhsillərini ali məktəblərdə davam etdirmək istəyənlər üçün bu prosesinin psixi təsirləri qaçılmazdır. Maraqlıdır, DİM və universitetlər bunu nəzərə alacaqmı, imtahan vermək istəyən abituriyentlərə hansı güzəştlər edilə bilər?

Mövzu ilə bağlı hafta.az-a danışan təhsil eksperti Elçin Əfəndi dedi ki,  abituriyentlərin imtahan nəticələri qənaətbəxş olmazsa, o zaman qrupların müsabiqəsində keçid ballarına aşağıdakı kimi güzəşt tətbiq olunsa bu da əlavə şans vermiş olar abituiryentlərə: I ixtisas qrupu üzrə: 200 deyil 150 bal. II ixtisas qrupu üzrə: 200 deyil 150 bal. III ixtisas qrupu üzrə: 200 deyil 150 bal. IV ixtisas qrupu üzrə: 200 deyil 150 bal. 150 ballıq ixtisaslar isə müvafiq olaraq 100 bala qədər endirilməlidir:

“İmtahanlarla bağlı tarixlər tədricən elan olunur. 5 iyunda ərizə qəbulu başa çatacaq. Bundan sonra qəbul imtahanlarının da (blok mərhələsi üzrə) vaxtı elan ediləcəkdir. Hələki buraxılış imtahanlarının vaxtları bizə məlumdur. Bütün imtahanlarla bağlı Dövlət İmtahan Mərkəzi kifayət qədər güzəştlər edib. Həm buraxılış, həm də blok mərhələsi üzrə imtahan mövzularından mart, aprel, may və iyun aylarına aid hissə düşməyəcək. Bundan əlavə qabiliyyət imtahanları bəzi ixtisaslar üzrə olmayacaq. Bütün bunlar isə abituriyentlər üçün əla şans yaradır. Nəzərə alsaq ki, bu il də ötən il olduğu kimi 150 ballıq ixtisaslar olacaq. Həmçinin bəzi universitetlərdə müəyyən ixtisaslar üzrə 100 ballıq ixtisaslar olacaq, o zaman bu da əlavə bir şans verir abituriyentlərə. 9 və 11 illik kolleclərə ərizə verənlər üçün də DİM müvafiq güzəştləri edib. Sadəcə 1 mart tarixində imtahan verəcək şəxslər üçün kolleclərə ərizə qəbulu yenidən həyata keçirilərsə bu əlavə güzəşt olardı. Çünki mart ayının 12-si ərizə qəbulu başa çatıb və bir çox şagird bu barəd xəbərsiz olduqları üçün iştirak edə bilməyiblər. İstər ali təhsil müəssisələrinə, istərsə də 9 və 11 illikdən kolleclərə qəbul zamanı müsabiqə şərtlərində fənlər üzrə nisbi bal məhduddiyyəti tətbiq olunmazsa, bu olduqca gözəl olar”.

Təhsil eksperti Kamran Əsədov isə bildirdi ki, bu il buraxılış imtahanları mövcud şəraitlə əlaqədar olaraq yeni formatda keçiriləcək:

"Şagirdlər gigyenik qaydalara mtləq əməl etməlidirılər. Birincisi bütün şagirdlər digər imtahan iştirakçısı ilə arasında sosial məsafənin (2 m) qorunmalıdır. Imtahan verəcək şagirdlərə tövsiyə edirəm ki, imtahan ləvazimatlarının (qələm, karandaş və s.) ortaq istifadə edilməsin. Hər bir şəxsin imtahan mərkəzində tibbi maskadan istifadəsinin məcburi olduğunu nəzərə alsaq, şagirdlır maska ilə gəlməlidir ki, sonra imtahan girişdə problem yaşanmasın. Imtahandan bir neçə gün əvvəl imtahana buraxılış vərəqəsini çap etsdinlər, şəxsiuət vəsiqələri ilə birlikdəı görünən yerdə sxlasınlar ki, imtahan gün çətinlik olmasın. İmtahnlarda səhv cavablar doğru cavablara təsir göstərməyəcək. Ona görə də, büütün testlərin cavablarını işarələməkdən, yazmaqdan çəkinməsinlər. Imtahan binlarına buraxılış vərəqəsində qeud olunan tarixdə mütləq getsinlər. Qəbul imtahanlarından sonra ixtisas seçimi çox zəruri bir mərhələ olacaaq. Nəzərə alsq ki, bir çox ixtisaslar üzrə qabiliyyət imtahanları ləğv olunub. Bu d müsabiqə vəziyyətii dəyişəcək. Ona görə də ixtisas seçimi zçmnı statisik göstəricxilərə diqət yetirsinlər".

Oxunma sayı 420
Sosial rubrikasından digər xəbərlər