“İndi yaxşıyam” – Musa Yaqub

15:33 24.07.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“İndi yaxşıyam. Evdəyəm. Xəstəxanadan çoxdan çıxmışam”.

Bunu hafta.az-a açıqlamasında bu yaxınlarda səhhəti pisləşən Xalq şairi Musa Yaqub deyib. Xalq şairi bildirib ki, dostları, oxucuları onu tək buraxmırlar. Hər gün yanına gedib-gəlirlər. Darıxmağa qoymurlar.

Musa Yaqub hələlik Xalq şairi fəxri adının vəsiqəsinin ona təqdim edilmədiyini də söyləyib: “Hələ ki, vəsiqəni və döş nişanını verməyiblər. Hər üç Xalq şairinə eyni gündə verəcəklər. Yaradıcılığım barədə onu deyə bilərəm ki, yeni şeirlər yazıram. Səhhətim də yaxşıdır”.

Qeyd edək ki, bir neçə gün öncə qəflətən halı pisləşən Xalq şairi İsmayıllı rayonunda xəstəxanaya yerləşdirilmişdi.