İnsanları evdə qalmağa səsləyən sosial videoçarx təqdim edildi - VİDEO

12:54 31.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə insanları evdə qalmağa səsləyən sosial videoçarx təqdim edilib.

Hafta.az xəbər verir ki, sosial çarx Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti tərəfindən hazırlanaraq təqdim olunub.

Videoçarxda insanların sağlam qalmaları üçün infeksiyanın qarşısının alınması istiqamətindı çalışan kommunal strukturların əməkdaşlarının xidmətləri yer alıb və onların yollarını gözləyənlər üçün hər bir şəxsin məsuliyyətini dərk edərək evdə qalmaları tövsiyə olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Bununla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət aprelin 20-si saat 00:00-dək dayandırılıb.

Oxunma sayı 58
Sosial rubrikasından digər xəbərlər