İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisi şəxsi heyətə təqdim edilib

17:42 16.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisi şəxsi heyətə təqdim edilib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna gedərək polis polkovniki Ə.Ağayevi şəxsi heyətə təqdim edib, xidməti fəaliyyətin daha səmərəli və effektiv təmin edilməsi üçün tələb və tövsiyələrini verib.

Qeyd edək ki, noyabrın 15-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Əlaslan Ağayev Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.

Siyasət rubrikasından digər xəbərlər