İran səfirliyi bəyanat yaydı

12:32 28.01.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın ölkəmizdəki səfirliyi İsrail səfiri Corc Dikin bəzi fikirlərinə etiraz olaraq bəyanat yayıb.

Hafta.az-a daxil olan bəyanatda bildirilir ki, son günlər bəzi media orqanları İran səfirliyi ilə əlaqə saxlayaraq, sözügedən müsahibədə səsləndirilən fikirlərə cavab verilməsini xahiş ediblər. 

"Belə ki, Corc Dik adlı şəxs yanvarın 24-də Azərbaycan mediası ilə müsahibəsində İranın əleyhinə fikirlər səsləndirib. İran İslam Respublikası İsrail adlı dövləti rəsmən tanımır və ona görə də, səsləndirilən sözlərə cavab veriləcək səviyyədə deyil. Lakin dost və qardaş Azərbaycan Respublikasının mediasını aydınlatmaq üçün deyirik ki, İsrail Yaxın Şərqdə baş verən bütün acı hadisələrin və dövlət səviyyəsində olan terrorun qaynağıdır, ictimai fikri yayındırmaq üçün etdikləri hiyləgərliklər onların qaranlıq işğal, terror və insan qətliamı tarixini unutdura bilməz. İsrailin şəhid general Qasim Süleymaniyə qarşı əsas kini ona görə idi ki, o, İsrailin İŞİD-in əli ilə İslam mədəniyyətini və sivilizasiyasını məhv etmək planlarını alt-üst edib" deyilən bəyanat bu fikirlərlə tamamlanır: "Azərbaycanla İran arasında ən yüksək qardaşlıq və yaxşı qonşuluq münasibətləri olduğu bir şəraitdə bu şəxsin İran əleyhinə danışmaq üçün, Azərbaycan mediasından sui-istifadə etməsi həm ev sahibinə hörmətsizlikdir, həm də göstərir ki, bu diplomatın davranışı nə qədər siyasi nəzakətdən uzaqdır".

Siyasət rubrikasından digər xəbərlər