İran vurulan təyyarənin qara qutularını Ukraynaya göndərəcək

23:20 18.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran Tehranda səhvən vurulan "Boeing 737" təyyarəsinin qara qutularını Ukraynaya göndərəcək.

Hafta.az  xarici mediaya istinadən xəbər verir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının qəzalar üzrə idarəsinin baş direktoru Həsən Rzayifər deyib.

H.Rzayifər bildirib ki, İran  ukraynalı mütəxəssislərlə yenidən məsləhətləşmələr aparıb: "Təsdiq etdik ki, qara qutuları İranda oxunması mümkün olmayacaq. Ukraynanın istəklərinə əsasən, qara qutular bu ölkəyə göndəriləcək".

Onun sözlərinə görə, Ukraynada qara qutuları Fransa, Kanada və ABŞ mütəxəssislərinin köməyi ilə oxumağa çalışacaqlar: "Bu cəhd uğursuz olarsa, qara qutular Fransaya göndəriləcək".

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı yanvrın 11-i bəyanat verərək təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.

Oxunma sayı 207