İran yeni raketini sınaqdan keçirib

19:14 22.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 22-də İran yeni “Bavar-373” tipli zenit raket kompleksini sınaqdan keçirib.

Rusiyanın S-400 sistemlərinə yaxın olan “Bavar-373” sınaqdan uğurla keçib. Sınaq atışında iştirak edən İranın Müdafiə naziri Əmir Xatəmi kompleksin Hava Hücumundan Müdafiə Qüvvələrinin sərəncamına verildiyini bildirib.