İranda atışma nəticəsində bir nəfər ölüb

10:00 14.07.2019 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

İranın paytaxtı Tehranda baş verən atışma nəticəsində ən azı bir nəfər həlak olub.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Al-Sumaria" telekanalı xəbər verib.

Məlumata əsasən, hadisə Tehranın şimalında yerləşən meydanların birində baş verib.

 

Atışmanın səbəbi və digər təffərüatlar barədə məlumat verilməyib.