İranda güclü zəlzələ - 4,3 bal

10:28 29.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın Kermanşah vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, zəlzələ yerli vaxtı ilə saat 17:43-də qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanlarının ocağı 8 km dərinlikdə yerləşib.İnsan itkisi haqda məlumat verilməyib.