İranda koronavirusdan daha 122 nəfər ölüb

14:45 24.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində yeni koronavirusdan (COVID-19) 122 nəfər ölüb.

Bu barәdә hafta.az İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadәn mәlumat verib.

Nazirliyin mətbuat xidmətinin müdiri K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virus nəticəsində 1 934 nəfər ölüb.

Nazirlik rəsmisi ötən sutka ərzində ölkədə 1 762 nəfərin koronavirusa yoluxduğunu və beləliklə yoluxanların sayının 24 811 nəfərə çatdığını deyib.

Cahanpur əlavə edib ki, indiyədək virusdan sağalanların sayı 8 913 nəfər olub.

Xatırladaq ki, İranda 41 milyondan çox şəxsin koronavirusla əlaqədar testdən keçdiyi bildirib.

Oxunma sayı 122