İranda qırıcı təyyarə qəzaya uğrayıb

16:00 04.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın Buşehr vilayətinin Təngestan rayonunun ərazisində qırıcı təyyarə qəzaya uğrayıb.

Hafta.az İRNA-ya istinadla xəbər verir ki, Təngestan rayonunun qubernatoru Əbdülhəsən Rəfiipurun sözlərinə görə, qəzaya səbəb təyyarədə baş verən texniki nasazlıq olub.

Qırıcı təyyarəni idarə edən hər iki pilot qəzadan xilas ola bilib.