Işın Karaca üçillik evliliyinə son qoydu - atlara görə

10:37 13.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyəli müğənni Işın Karacanın keçmiş əri Tuğrul Odabaşıdan boşanma səbəbi məlum olub.

Hafta.az axşam.az-a istinadən bildirir ki, 3 illik evliliklərinə bir neçə gün əvvəl son qoyan cütlük atlara görə boşanıblarmış.

Belə ki, atçılıqla məşğul olan Odabaşı yaxın dostlarına "Atları Işına aldırıram. Pullarını da ona ödədirəm" deməsi müğənnini hiddətləndirib və o, boşanmağa qərar verib.

Odabaşı da boşandıqdan sonra bütün atlarını internet üzərindən satışa çıxarıb.