“İslahatlarda gəncləşdirmə siyasəti cəmiyyət tərəfindən rəğbətlə qarşılanır” – Dilarə Cəbrayılova

12:34 13.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kadr və struktur islahatları təqdirəlayiqdir. Gəncləşdirmə siyasəti xalqımız, ictimaiyyətimiz tərəfindən də rəğbətlə qarşılanır. Aparılan islahatları təqdir edirəm. Aparılan kadr və struktur islahatları ötən ilin prezident seçkilərindən sonra yeni mərhələyə qədəm qoydu. Bacarıqlı, qabiliyyətli gənclər, idarəetmədə bir xeyli təcrübə toplayanlara cənab prezident tərəfindən böyük etimad göstərilir. Ölkə rəhbərimizin apardığı gənclər siyasəti həmişə təqdirəlayiqdir. Alqışlayıram”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Dilarə Cəbrayılova deyib. Ölkə prezidenti İlham Əliyevin ötən gün imzaladığı sərəncamlarla gənc kadrların icra başçısı kimi mühüm vəzifələrə çəkilməsini şərh edən millət vəkili bildirib ki, hazırda Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir: “Artıq yaşlı kadrların yerlərini cavanlara verməyin zamanı çatıb. Gənclər də öz potensiallarını, bilik və bacarıqlarını göstərə bilsinlər. Gənclər daha potensiallıdır. Daha aktivdirlər. İnteraktiv işləyə bilirlər. Mənə elə gəlir ki, idarəetmədə gənc kadrların irəli çəkilməsi çox gözəl haldır. Son vaxtlar idarəetmə orqanlarında məsul vəzifələrə irəli çəkilənlər arasında Milli Məclisin deputatları da daxil olurlar. Onlardan biri də Yasamal rayonuna yenicə icra başçısı təyin olunmuş Elşad müəllim Həsənovdur. Çox bacarıqlı kadrdır. Bu cür insanların belə məsul vəzifələrə irəli çəkilməsinə çox gözəl baxıram. Aparılan kadr islahatları ölkəmizin sosial və iqtisadi həyatının güclənməsində özünü çox yaxşı tərəfdən göstərəcək. Gənc kadrlar da cənab prezidentin onlara göstərdiyi etimadı layiqincə doğrultmalıdırlar. Təyin edilən icra başçıları, gənclərimiz istənilən tapşırığın öhdəsindən gəlmək iqtidarındadırlar. Bacarıqlıdırlar. İnnovativ biliklərə malikdirlər”.