İsmayıllı meşələrində yanğın başlayıb

12:34 26.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı meşələrində yanğın başlayıb.

Bu barədə hafta.az-a İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev məlumat verib.

R.Ağayevin sözlərinə görə, yanğın rayonun Şəbiyan, Keyvəndi və Pirəbilqasım kəndləri ərazisində yerləşən kolluq-meşə sahəsində qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və 150-yə yaxın canlı qüvvəsi cəlb edilib.

 

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.