Seysmik stansiyalar mayda quraşdırılacaq

15:15 21.10.2011
Yazını böyüt
Yazını kiçilt
Xəzərin Azərbaycan hissəsində seysmik stansiyaların quraşdırılması 2012-ci ilin may ayına planlaşdırılıb.
Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli bildirib ki, seysmik stansiyalar “Ümid“, “Günəşli“ və “Şahdəniz“ yataqlarında quraşdırılacaq. Ümumiyyətlə, Xəzərdə seysmik vəziyyəti öyrənmək üçün dənizdə 10 belə stansiya quraşdırılacaq. Onun sözlərinə görə, bu il quruda quraşdırılması gözlənilən stansiyalar artıq ölkəyə gətirilir: “Gələn həftə Naxçıvanda stansiyanın quraşdırılması gözlənilir. Orada artıq müvafiq bina hazırlanıb“.
Şöbə müsiri əlavə edib ki, quruda quraşdırılacaq digər 5 stansiya da ilin sonuna kimi təhvil veriləcək.
Xatırladaq ki, Azərbaycanın quru ərazisində 30 seysmik stansiya var. Azərbaycan 9 ballıq aktiv seysmik zonada yerləşir.

Oxunma sayı 142