İsmayıllıda baş verən yanğın söndürülüb

21:38 22.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saat 7 radələrində İsmayıllı şəhərinin kərpiczavod adlanan ərazisindəki sahibkar Ramal Səfərova məxsus taxta emalı sexində və sexə bitişik heyvandarlıq fermasında baş verən yanğın söndürülüb.

Rayon fövqəladə hallar komissiyasından bildirilib ki, 22 kub taxtanın olduğu sexin və 30 ton otun qapalı yerlərdə olması yanğınsöndürənlərin işini son dərəcə çətinləşdirib. FHN İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin 30 nəfər şəxsi heyəti 3 yanğınsöndürən maşının köməyi ilə yanğının söndürülməsinə xeyli vaxt sərf edib. Nəhayət, axşamüstü saat 17 radələrində yanğın tam söndürülüb.

Hazırda hadisənin səbəbləri araşdırılır, habelə dəymiş zərər müəyyənləşdirilir.

Oxunma sayı 780