PUL

15:15 18.10.2011
Yazını böyüt
Yazını kiçilt
Neçə ölümlərə səbəb olmusan,
Neçələrini sən çölə salmısan.
Neçə oğulları eldən salmısan,
Nələrə qadirsən ey cansız kağız.

Nə qədər insanı saldın qalaya,
Nə qədər ağlı pul saldı bəlaya.
Yazığın gəlmədi heç bir anaya,
Nələrə qadirsən ey cansız kağız.

Nə qədər qanunlar yandırsan sən,
Mərd oğula quyu qazdırsan sən.
Neçəsini yoldan azdırsan sən,
Nələrə qadirsən ey cansız kağız.

Pulu olmayana vermirlər salam,
Qarışdı Allah halnan haram.
Bu haqsızlıqlara dözmür adam,
Nələrə qadirsən ey cansız kağız.

ULU GÖYÇƏM

Odun ocağına isinənmədim,
Suların dərmandır səfalı Göyçəm.
Hər daş bucağına isinənmədim,
Qismət olsun zəm-zəm suyunan içəm,
Həsrətinə necə dözüm mən Göyçəm.

Üzdü məni yaman Göyçə həsrəti,
Nə gözəldir göyçənin təbiəti.
Vardır o torpağın bil bərəkəti,
Sənsiz nə sabahım nə də bir gecəm,
Həsrətinə necə dözüm mən Göyçəm.

Əsirin olmuşam uca dağların,
Səfalı dağların qoca dağların.
Seyr edərdim doyunca dağların,
Tanrı qismət eylə Göyçəni gəzəm.

Azərəm sönməzdir inanki odum,
Göyçə mənim Allah bir ana yurdum.
Toxulca kimi eli necə unudum,
Göyçənin qoynunda dünyadan köçəm,
Həsrətinə necə dözüm mən Göyçəm.

Bu şeir Şərqiyyə nənəyə həsr olunur

Göydən enən sən bir mələksən,
Bağlarda açılan gülşən çiçəksən.
Hamıdan gözəlsən inan göyçəksən,
Mənim nəvazişli mehriban nənəm.

İşıq saçır aləmə üzündəki nur,
Əzəldən olmusan dünyada məğrur.
Həyat yaşadıqca daim səndə alır,
Mənim nəvazişli mehriban nənəm.

Övladın uğrunda yuxusuz qalmısan,
Pərvanə tək şəm odunda yanmısan,
Allahımında gözündə ucalmısan,
Mənim nəvazişli mehriban nənəm.

Ağaran saçlarına qurbanam mən,
Anaların anasısan inanki sən.
Xatırla şair Azəri hərdən,
Mənim nəvazişli mehriban nənəm.

Oxunma sayı 181